İl sonuna qədər Qarabağa köçürüləcək sakinlərin sayı | Elçin Əmirbəyovdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir”.
Bu sözləri “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O qeyd edib ki, insanlar təhlükəsiz, yaşıl mühitdə yaşamalıdırlar:
“Bu, çox vacib bir fəaliyyətdir. Ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni nəqliyyat şəbəkəsi qurulub. Bunlar hamısı vacibdir. İlin sonuna qədər 20 min məcburi köçkün yurdlarına köçürüləcək. Ümumilikdə 9 şəhər yenidən qurulacaq. Bunun üçün 2021-ci ildən bu yana 7 milyard dollar yatırılıb”.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
