İsmayıllıda qanvermə aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda “Sən də bizə qoşul, qanınla can ver” devizi altında qanvermə aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, şəhid ailələri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən aksiya marağa səbəb olub.
Qanvermə aksiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadası donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Qanvermə aksiyasında ümumillikdə 100-ə yaxın könüllü şəxs iştirak edib. Aksiyanın keçirilməsində əsas məqsəd Hemofiliya və Talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin qanla təminatına yardım etməkdir. Bundan sonra da bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
