İsmayıllıda tədbir keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda "Azərbaycanda dövlət qadın siyasətində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbirdə rayon rəhbəri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Nahid Bağırov Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığından danışıb. Azərbaycan qadınına ən yüksək qiyməti Heydər Əliyevin verdiyini deyən Nahid Bağırov bu gün ölkəmizdə ailə institutlarının cəmiyyətdəki rolundan bəhs edib.
Çıxış edənlər ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu bir daha diqqətə çatdırıblar.
Sonra şagirdlərin hazırladıqları ulu öndərə həsr olunmuş musiqi nömrələri təqdim edilib. Tədbirin sonunda bu gün sıralarında 8 minə yaxın üzvü birləşdirən YAP İsmayıllı rayon təşkilatı tərəfindən yeni qəbul olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
