İtkin azərbaycanlıların adları açıqlandı: Dövlət Komitəsi məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov məlumat verib.
O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslər Tahirov Seyfulla Veytulla oğlu, Atamoğlanov Əbülfət Sabir oğlu, Hacıyev Təhsil Fikran oğlu, Həsənov Vüqar Habil oğlu, Babaşov Əlhəm Tahir oğlu, Xələfov Cahangir Məmi oğlu, Nağıyev Cahid Şəfi oğlu, Məmmədov Elmar İnqilab oğlu, Qasımov Veysəl Qasım oğlu, Əhmədov Riad Fikrət oğludur.
Dövlət komissiyasının rəsmisi vurğulayıb ki, işğaldan azad edilən, eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə də hazırda kütləvi məzarlıqlar var. Plana uyğun olaraq həmin ərazilərdə məzar yerlərinin müəyyən edilməsi üçün qazıntı və ekshumasiya işləri həyata keçirilir.
İsmayıl Axundovun sözlərinə görə, ailə üzvlərinin itkin düşməsi ilə bağlı daha 7 nəfər müraciət edib və bu müraciətlər də araşdırılır. Onların da qeydiyyata alınmasından sonra Azərbaycanın itkin düşən şəxsləri ilə bağlı siyahının yenilənəcəyi və sayın artacağı bildirilir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
