Pleyeri seçin:

Laçına köçürüləcək ailələrin tibbi müayinələrinə başlanıldı

28 aprel 2023 326 baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib. Müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.

Ümumilikdə, 401 ailə (1 648 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs, elektrokardioqrafiya və ağciyərlərin rentgenoqramması müayinələri həyata keçiriləcək.

Tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri baş tutub.

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 326 baxış
Seçilmişlər
icon