Laçında fəaliyyət göstərəcək müəssisələrin sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq”.
Bunu Laçında həyata keçirilən layihələr üzrə iş icraçısı Elnur Abdullayev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Laçına səfəri çərçivəsində Qorçu və Şəlvə kəndlərinin əsasını qoyub. Eyni zamanda Laçına qayıdacaq sakinlərin sosial durumunun yaxşılaşdırılmasına dair dövlət proqramına əsasən iş yerlərinin açılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib:
“Laçının aqroparkı, yəni sənaye və istehsalat müəssisələri olan ərazidə Laçın sakinlərinin işlə təmin olunması üçün iri və xırda müəssisələrinin açılması nəzərdə tutulur. Artıq bu gün Laçına qayıdacaq 200 nəfərdən çox sakin işlə təmin olunub”.
E.Abdullayev əlavə edib ki, Laçın Həkəri çayının kənarında yerləşdiyi üçün burada balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
