Pleyeri seçin:
Laçında həlak olan hərbçi Səxavət Axundov Xaçmazda dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.
Mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.
“Oğlum şəhidlik zirvəsinə ucalıb. Qürur duyuram ki, mənim övladım Vətən uğrunda şəhid oldu. Şəhidlər varsa, Vətən də var. Qurbansız Vətən yoxdur”, – Səxavət Axundovun atası deyib.
Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində anadan olub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdı.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
