Laçınlıların Laçına köçü davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə – 48 nəfərin köçürülməsi baş tutub.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Doğma yurdlarına qayıdan Laçın sakinləri sevinclərini Baku TV ilə bölüşüblər.
“Bu gün bir laçınlı kimi həyatımızın ən xoş günüdür. Çünki doğma torpağımıza, yurdumuza qayıdırıq. Laçına qayıtmağımıza görə şəhidlərə və qazilərə, eləcə də Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizə borcluyuq”, – deyə Laçın sakini qeyd edib.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
