Pleyeri seçin:

Millət vəkili Zahid Orucdan mühüm açıqlama

15 noyabr 2023 515 baxış

“29 yanvar 2019-cu ildə dövlət proqramın yekunlarına həsr olunan konfransda ölkə rəhbəri “əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər” bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımının da qələbə amili sayılması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Z.Oruc bildirib ki, Ermənistan son üç ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb:

“Gürcüstanda patriarx İlya 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl - 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100 000 uşaq. Ermənistanda daha az, cəmi 32 000 min, yəni üçün birə nisbətində olub.

Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. Üçüncü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4 000 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən “Qarabağa tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik”.

Deputat əlavə edib ki, qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir:

“Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15 065 nikahdan 6 920-si boşanıb və əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”.

Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV

Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Havanın ən sərt üzü dağlarda görünəcək? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Qoşa Qala meydanına avtomobillə giriş tam dayandırılacaq - ANA XƏBƏR

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

“Qəssab 10 dəfə çox sata bilər?” | Heyvanların kəsimində yenilik | Subsidiya verilsə də... - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Hansı əraziləri qar, dolu və güclü yağış gözləyir? - Baku TV CANLI

Cəmiyyət
03 oktyabr 2026 515 baxış
Seçilmişlər
icon