Pleyeri seçin:

Namiq Məna ailə üzvlərinin düşdüyü dəhşətli qəza barədə nə danışdı? - Baku TV

06 yanvar 2026 555 baxış

Məşhur meyxanaçı Namiq Məna Qubada qəzaya düşən qızının ailəsindən danışıb.

“Pravda”nın məlumatına görə, meyxana ustadı bildirib ki, hadisə zamanı havanın temperaturu mənfi beş-altı dərəcə olub.

“Qızım ailəsi ilə birlikdə avtomobildə gedərkən maşın yerində 2-3 dəfə fırlanıb və dərədən aşağı yuvarlanıb. Bunu sürücü məsuliyyətsizliyi, səriştəsizliyi, səhlənkarlığı kimi dəyərləndirirəm. Sürücü öz kürəkənim olub. Quba yolları bir az ona yaddır. Bir müddət Rusiyada yaşayıb. Oranın buzlu, şaxtalı yolları ilə bizim yolların ciddi fərqi var. Düşünüb ki, sürmək olar. Həmin yolda sərt döngələr var. Kürəkənimdə özünə arxayınlıq olub ki, sərt döngələrdə manevr edə bilər. Nəticə isə belə oldu. Şükür Allaha, ciddi xəsarət alan olmayıb. Maşın dərəyə yuvarlananda təkər kollara ilişib və partlayıb, nəticədə dayanıb. Yoxsa yuvarlanıb dərədən aşardı, ciddi fəsad törədə bilərdi. Allahın hər anına şükürlər olsun, yəqin, belə məsləhət imiş. Sarsıntı keçiriblər, amma təkrar deyirəm, ciddi xəsarət almayıblar”, – deyə Namiq Məna qeyd edib.

“Nəvəmin 12 yaşı var. Sanki hadisə olacağını əvvəlcədən duyub. Planşetlə hadisəni çəkib. Deyirəm ki, niyə sona qədər çəkməmisən? Həmin vaxt onu bir az güldürdüm. Dedi ki, baba, planşet əlimdən yerə düşdü, yoxsa sona qədər çəkəcəkdim. Soruşdum ki, qorxmamısan? Dedi ki, yox. Bildirdim ki, qorxmaq lazım deyil, hadisədən heç kim sığortalanmayıb. Həmin an maşının içində sıxışıb qalmışdılar. Ürək-dirək verirdim. Belə ciddi hadisələr olanda hər zaman soyuqqanlı yanaşıram, amma inanın, bir neçə gün keçib, görüntülərə yenidən baxıram, indi daha çox təsir edir. Doğrudan da, böyük bəladan qurtulublar”, – deyə tanınmış meyxanaçı əlavə edib.

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 555 baxış
FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 555 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 555 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 555 baxış
Seçilmişlər
icon