Pleyeri seçin:

Nəvələrimin, balalarımın qəsdinə durmusan?! - Ordubadi küçəsinin sakinləri zorla evdən çıxarılır?

02 aprel 2025 597 baxış

Nizami rayonu, Ordubadi küçəsi, 7 ünvanında yaşayan sakinlər “Orbita” MTK rəhbərliyindən şikayətçidirlər. Onlar qanunsuz şəkildə mənzillərindən çıxarıldıqlarını bildiriblər.

“Bizə 600 manat kirayə pulu verməlidirlər. Bunlar pulu verməməyin dərdindən bizi Çobanzadə küçəsində qəzalı binalara göndərirlər. Fövqəladə o binalara rəy verib ki, qəzalı vəziyyətdədir. Qəsdimə durmusan, uşaqlarımı, nəvələrimi yığıb o binanı başıma uçurmaq istəyirsən?!”, − şikayətçi deyib.

Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söyləyib.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, müvafiq qurumların icazə sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında “Orbita” MTK-nın istifadəsinə verilib.

Fövqəladə Hallar Nazirliyi “Azkommunlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən adıçəkilən küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirilib, vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilib.

Mənzil sahiblərinə MTK tərəfindən inşa ediləcək yeni çoxmənzilli yaşayış binasında öz mənzillərinin sahəsinə əlavə olaraq fərqə görə vətəndaş tərəfindən ödəniş olunmaqla ümumi sahəsi 36 kvadratmetr olan mənzil verilməsi və ya birbaşa 45000 manat ödəniş olunması, Zabrat qəsəbəsində birmərtəbəli fərdi yaşayış evinin inşa edilib təhvil verilməsi təklifləri edilib.

Qeyd edək ki, sakinlərə sözügedən ərazidəki evlərin aprelin 4-də söküləcəyi bildirilib.

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 597 baxış
Seçilmişlər
icon