Pleyeri seçin:
NİİM sürücülərə müraciət etdi
Bakıda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır.
Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlıq yaradır.
Yol hərəkəti haqqında qanuna görə isə sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də bu barədə məlumat yayaraq yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırıb.
Kopyalandı
#Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi teqi istifadə olunub
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV
- Nişan və piyada keçidi tıxac yaradır? | Bu yolda niyə işıqfor quraşdırılmır? - Baku TV
- Skuterdən istifadə edənlərin yaratdığı təhlükə | Ekspertlər məsələyə necə yanaşdı? - Baku TV
- "Qayda pozuntuları qəzalara səbəb olur" | NİİM-dən sürücülərə müraciət - Baku TV
