Pleyeri seçin:

O videodan sonra yata bilmədim | "TikTok" fenomenləri tənqidlərdən danışdı

28 avqust 2024 451 baxış

“TikTok” platforması üzərindən faydalı kontent yaratmaqla məşğul olan pianoçu-pedaqoq Vüsal Süleymanov və rus dili müəllimi Kamilla Hüseynova Baku TV-nin qonağı olublar.

Onlar “TikTok”da faydalı kontent yaratmaqdan, iş zamanı qarşılaşdıqları tənqidlərdən bəhs edib, həmçinin bu sahəyə yeni başlayan şəxslərə tövsiyə veriblər.

“TikTok” hesabınız necə tez böyüməyə başladı?” sualına Kamilla Hüseynova belə cavab verib:

“Həmin an hələ də yadımdadır. İlk videolar çox az baxış yığırdı. Lakin axşamüstü bir video paylaşdım və gecə həmin video “kəşfet”ə düşdü. Gecə hər saniyə mənə bildirişlər – şərhlər, abunələr gəlirdi. Həmin gün səhərə qədər yata bilmədim. Çünki belə təcrübəni ilk dəfə yaşayırdım”.

Vüsal Süleymanov “TikTok”da qarşılaşdığı tənqidlərdən danışıb. O, tədris metodikasının tənqid olunduğunu söyləyib:

“Tədris prosesində fərqli yollardan istifadə edirəm. Tənqidlər bizi ruhdan salmamalıdır, daha çox stimullaşdırmalıdır. Tənqid edilirsinizsə, deməli, nəsə iş görürsünüz, passiv deyilsiniz”.

Kamilla Hüseynova isə əsasən iki mövzuda tənqid olunduğunu deyib:

“Birincisi, bu işlə məşğul olduğum üçün, yəni rus dilini öyrətdiyim üçün tənqid edilirəm. Bu şərhlərə isə videocavab verirəm. Videocavablarda isə heç vaxt neqativ reaksiya vermirəm. Azərbaycan dilini mükəmməl şəkildə bilmirəm, bəzən danışanda səhvlərim olur. Bu isə ikinci tənqid olunduğum mövzudur. Hər hansı xırda səhvimi tutan kimi mütləq bunu mənə bildirirlər”.

Banner
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 451 baxış
Seçilmişlər
icon