Pleyeri seçin:

Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

24 iyun 2026 258 baxış

Artıq elə bir dövrdə yaşayırıq ki, özünü tanıtmaq, məşhurlaşmaq və bununla yanaşı, maddi qazanc əldə etmək çətin məsələ deyil.

Müxtəlif sosial platformalar, xüsusilə də “TikTok” vasitəsilə yeni ideyalarla çıxış edərək böyük auditoriyalara çatmaq olduqca asanlaşıb. Lakin bu prosesin təkcə populyarlıq deyil, həm də yaradıcılıq, faydalılıq, zövq və informativlik tərəfi də var.

“TikTok” platformasında kontent yaradıcısı kimi fəaliyyət göstərən Nigar Parənci və Taleh Nazarlı bu mövzuda təcrübələrini Baku TV ilə bölüşüblər. Qonaqlar sosial şəbəkələrdə populyarlaşmanın yolları, izlənmə sayını artıran amillər və “TikTok” alqoritminin iş mexanizmi barədə danışıblar.

Nigar Parənci kulinariya məsləhətləri və hazırladığı yeməklərlə, Taleh Nazarlı isə texnoloji yeniliklərlə bağlı videolar hazırlayaraq izləyicilərə faydalı kontent təqdim etməyə çalışır.

Nigar Parənci kulinariya sahəsində sadə, lakin diqqətçəkən reseptlərin daha çox izləyici topladığını qeyd edərək uğurlu kontentin əsas şərtinin səmimiyyət və davamlılıq olduğunu bildirib. Onun sözlərinə görə, istifadəçilər daha çox real, gündəlik və praktik videolara üstünlük verirlər. Eyni zamanda o, “TikTok” vasitəsilə yeni auditoriya qazanmağın və brendlərlə əməkdaşlıq qurmağın mümkün olduğunu vurğulayıb.

Taleh Nazarlı isə texnoloji məzmunlu videoların yaradılması prosesindən danışaraq bildirib ki, bəzi videolar milyonlarla baxış toplasa da, bunun arxasında ciddi sınaqlar və alqoritm testləri dayanır. Onun sözlərinə görə, doğru vaxtda paylaşım, trend səslərdən istifadə və izləyici ilə interaksiya videonun yayılmasında həlledici rol oynayır. O həmçinin qeyd edib ki, bir video üzərində bəzən günlərlə işləmək tələb olunur.

Banner
"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
Sosial ödənişlər artırılacaq

Sosial ödənişlər artırılacaq

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Cəmiyyət
05 oktyabr 2026 258 baxış
Seçilmişlər
icon