Pleyeri seçin:

“Oğlum olmasa, çox adam ölərdi” | Terrorçunu əliyalın zərərsizləşdirən qəhrəmanın anası - O VAXTLAR

26 iyun 2026 301 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Şuşa sakini Təranə Tağıyeva olub.

O, uşaqlıq illərindən, Şuşa həsrətindən, ailə dəyərlərindən, eləcə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı qəhrəmanlıq göstərən oğlu Vasif Tağıyevdən danışıb.

Təranə Tağıyeva bildirib ki, Şuşada qızların tərbiyəsinə, ailə dəyərlərinə və adət-ənənələrə xüsusi önəm verilirdi. Onun sözlərinə görə, elçilər ailələrinin qapısını iki-üç dəfə döyüb, yalnız bundan sonra razılıq alıblar:

“2-3 dəfə qapımıza gəliblər ki, məni istəsinlər. Atam hər dəfə deyirdi ki, hələ uşaqdır. Amma israr etdilər, axırda razılıq verdi”.

Şuşanın işğalı dövrünü xatırlayan qonaq həmin günlərin həyatlarının ən ağır dönəmi olduğunu deyib:

“Təzə evlənmişdik. Evimiz, cehizimiz, hər şeyimiz təzə idi. Amma vəziyyət ağırlaşdığı üçün uşağı götürüb çıxmalı olduq. Bombalardan qorxduğumuz üçün günlərlə zirzəmidə qalırdıq. Sonra Şuşanı tərk etdik, hər şeyimiz orada qaldı”.

Verilişdə Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı silahlı hücumçunu əliyalın zərərsizləşdirən Vasif Tağıyevdən də söz açılıb. Təranə Tağıyeva həmin gün yaşadıqlarını belə xatırlayıb:

“Hadisə günü oğlumla səhər danışmışdım. Sonra terror xəbəri gəldi. Dəfələrlə zəng etdim, cavab vermədi. Axırda görüntülü danışdıq, yaralı idi. Onda dedi ki, narahat olma, yaxşıyam. Düşünürəm ki, oğlum orada olmasaydı, çox adam ölərdi”.

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Suyun qarşısını taxta parçaları ilə bağladılar, amma... | Zabrat sakinləri çıxılmaz halda - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Yağış barmaqlıqları hara yoxa çıxır?

Yağış barmaqlıqları hara yoxa çıxır?

Cəmiyyət
29 sentyabr 2026 301 baxış
Seçilmişlər
icon