Pleyeri seçin:

“Ölü yiyəsi dedi ki...” - Hansı məşhurun məzarında gördükləri Rövşəni şoka saldı? - ARZUNUN VAXTI

20 iyul 2026 191 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı baxımsız qalan məzarları könüllü şəkildə təmizləyən və təmir etdirən Rövşən Novruzov olub.

Rövşən bildirib ki, qəbiristanlıqlarda ot basmış, çatlamış və çökmüş məzarları gördükdə laqeyd qala bilmir.

O bu işə ilk dəfə mərhum meyxanaçı Vüqar Biləcərinin məzarını təmizləməklə başladığını deyib:

“İlk dəfə Vüqar Biləcərinin qəbrindən başladım. Ürəyimdən gəldi, gedib məzarını silib-təmizlədim və sosial mediada paylaşdım. Bundan sonra özümdə bir fikir yarandı ki, gedib kimsəsiz və baxımsız qalan digər məzarları da təmizləyim”.

O, təmizlədiyi məzarların sahiblərindən bəzilərinin ona təşəkkür etdiyini, bəzilərinin isə əksinə, narazılıq göstərdiyini bildirib. Hətta məzarın vəziyyətini lentə alıb paylaşdığı üçün onu polislə hədələyənlər də olub:

“Ölü yiyəsi dedi ki, videonu silməsən, səni polisə verəcəyəm. Dedim, yaxşı, silərəm. Üç-dörd ay sonra gedib baxıram ki, məzar yenə əvvəlki pis vəziyyətində qalıb. Məzarın o vəziyyətdə olmasından utanmırlar, amma mənim çəkib göstərməyimdən utanırlar”.

Rövşən məşhurlardan mərhum müğənni Şəfanın məzarının vəziyyətini gördükdə də şoka düşdüyünü deyib:

“Şəfanın məzarını ilk dəfə görəndə dəhşətə gəldim. Düşündüm ki, belə tanınmış bir müğənninin məzarı necə bu vəziyyətdə qala bilər? Müğənni dostları və sənət yoldaşları gəlib məzarını təmizləyə bilərdilər. Amma onunla duet oxuyan, bacı-qardaş kimi yaxın olan şəxslərin heç biri məzarının yerini belə tanımır”.

Kopyalandı
Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
“Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV

“Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 191 baxış
Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 191 baxış
"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 191 baxış
"Azərxalça"nın borcları niyə bu qədər artmışdı? | "Yük bizim üzərimizə düşdü" - Baku TV

"Azərxalça"nın borcları niyə bu qədər artmışdı? | "Yük bizim üzərimizə düşdü" - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 191 baxış
Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 191 baxış
Seçilmişlər
icon