Prezidentin xüsusi nümayəndəsindən açıqlama | Ağdamda bunlar da tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Qayıdış” dövlət proqramı çərçivəsində bərpa-quruculuq işləri və köç prosesi davam edir. Artıq üç mindən çox məcburi köçkün ailəsi öz doğma torpaqlarına qayıdıb”.
Bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, proses 2026-cı ilə qədər qrafik üzrə davam edəcək: “Proses qarşıdakı dövrdə daha da sürətlənəcək. 34 500 ailədən 2026-cı ilin sonuna qədər 16 min ailə təkcə Qarabağ iqtisadi rayonuna köçürüləcək.
Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bu, “Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Ağdamın əsas mədəni tarixi mərkəzi hissəsində geniş layihələndirmə işləri artıq yekunlaşmaq üzrədir. Şəhərdə beş məhəllənin inşası nəzərdə tutulub.
Eyni zamanda açıq səma altında İşğal Muzeyi, Zəfər Muzeyi, Muğam Mərkəzi, mehmanxanalar, daxili yol-küçə şəbəkəsi, məktəb, xəstəxana, bütün zəruri sosial təsisatlar bu dövrdə tikilib təhvil veriləcək”.
#Emin Hüseynov teqi istifadə olunub
- Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV
- Emin Hüseynov WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən danışıb - Baku TV
- Azərbaycan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə nə qədər vəsait ayırıb? - Baku TV
- Emin Hüseynov regionda aparılan bərpa-quruculuq işlərindən danışdı - Baku TV
- WUF13-də erməni vandalizmindən danışıldı | "Təhqiramiz şəkillər var idi, indi isə..." - Baku TV
