Pulu vaxtında ödəyirik, amma... | Su borusu partladı, əhali çarəsiz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində diametri 110 millimetrlik olan boru partlayıb. Nəticədə içməli su küçəyə axır.
Sakinlərin sözlərinə görə, illərdir sözügedən problemdən əziyyət çəkirlər.
“Üç gündən bir suyumuz kəsilir. Qırx ailəyik, susuz qalmışıq. Hər dəfə müvafiq qurumlara şikayət edirik, heç kim gəlib baxmır, bir əncam çəkmirlər”, – deyə qəsəbə sakini narazılığını bildirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində sakinlərin primitiv üsulla pərakəndə şəkildə çəkdiyi su xəttində axıntı olub.
Rayonun Sukanal İdarəsinin qəza briqadası hadisə yerindədir və borunun qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində işlər görülür.
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
