Qalıqları tapılan azərbaycanlıların kimliyi bilindi
“Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu, başlanğıcdır. 15 nəfərdən iki nəfəri artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində (Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu), 4 nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüblər. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir.
#Qarabağ teqi istifadə olunub
- İran ABŞ-yə 7 şərt qoydu | Trampdan iddialı açıqlama | Sürücülərə xəbərdarlıq - YENİ BİR SƏHƏR
- Xarici diplomatların Qarabağ səfəri belə yadda qaldı - Baku TV
- Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV
- Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV
- 58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV
