Qarabağda separatçılar etiraz aksiyası keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Rusiya sülhməramlılarının xidmət aparmasına mane olublar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Hadisə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində qeydə alınıb.
Bildirilib ki, onlar avtomobil yolunu bağlayıblar və bununla da xidməti maşınların əraziyə çıxmasının qarşısını alıblar. Etirazçılar bununla da kifayətlənməyərək Rusiya hərbçilərini təxribata çəkməyə çalışıblar. Təxribatçılardan biri rus sülhməramlısının üstünə qışqıraraq, onu Şuşaya qalxıb oradan azərbaycanlıları qovmağa çağırıb.
Həmçinin yolu bağlayan erməni etirazçılar sülhməramlıları Laçın yolu ilə daşınan hər ton yükə görə 400 min dram, təxmini 1760 manat haqq almaqda ittiham edib.
Qeyd edək ki, son vaxtlar Qarabağdakı ermənilər arasında anti-Rusiya əhvali-ruhiyyəsi yüksəlir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
