Qaxda Kürmükoba bayramı qeyd olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində Qafqaz Albaniyası həqiqətlərinə şahidlik edən onlarla tarixi abidə mövcuddur.
Belə abidələrdən biri də Qax rayonu ərazisində, Əmbərçay kəndi yaxınlığında yerləşən Kürmük məbədidir. Bu məbədə ildə iki dəfə Azərbaycandan və Gürcüstandan olan inanc sahibləri birgə bayram qeyd etmək üçün toplaşırlar. Kimisi dua edir, qurban kəsir, kimisi şam yandırır, kimisi də ürəyində olan arzuların reallaşacağına inanaraq məbədə ayaqyalın qalxır.
Kürmükoba bayramı hər ilin may və noyabr aylarına təsadüf edir ki, bu da yazda məhsul səpini, payızda isə məhsul biçini ilə əlaqələndirilir.
Qeyd edək ki, Kürmükoba bayramının adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Səhər saatlarından başlayan bayram axşama qədər davam edir.
#Qax teqi istifadə olunub
- Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI
- Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI
- “Nə alan var, nə soruşan” | Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
- Görüşdə hansı rayonların sakinlərinin müraciətləri dinləniləcək? - Baku TV
