Qəbələ və Şəkidə qanunsuz ocaqxanalar
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının keçirdiyi monitorinqlər zamanı Qəbələ rayonunun Nic qəsəbəsi və Yengicə kəndi, həmçinin Şəkinin Aşağı Göynük kəndi ərazilərində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən dörd ocaqxana aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar kustar üsulla düzəltdikləri, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismarı ərazidə yanğın təhlükəsizliyini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb. Qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
