Pleyeri seçin:

Qiymət artımlarının arxasında nə dayanır? - Ev almaq niyə xəyala çevrilib? - Baku TV

29 aprel 2026 462 baxış

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir. Sakinlər bildirirlər ki, ev sahibi olmaq onlar üçün getdikcə əlçatmaz arzuya çevrilir.

Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır. Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.

Ekspert əlavə edib ki, sərmayəçilərin bu cür layihələrə daha çox yatırım etməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir. Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə tikinti üçün yararlı torpaq sahələrinin azalması və inşaat həcminin aşağı düşməsi tələbatı artırır. İpoteka şərtləri və bank faizləri də bazara təsir edən amillər sırasındadır. Güzəştli kreditlər isə alıcılıq qabiliyyətini artıraraq qiymət artımını sürətləndirir.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son beş ildə əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Onun sözlərinə görə, xüsusilə Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir.

Xalid Kərimli əlavə edib ki, inflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir.

Banner
Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 462 baxış
İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 462 baxış
“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 462 baxış
Seçilmişlər
icon