Pleyeri seçin:
Qızının və ərinin gizli videosunu çəkən ana olanları danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi”.
Bunu qızına fiziki şiddət göstərən atanın həyat yoldaşı Baku TV-yə açıqlamasında deyib.
Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa da çalışıb:
“Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”.
Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.
“Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, – o söyləyib.
Kopyalandı
#Xəzər rayonu teqi istifadə olunub
- “Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
