Qorxudan gecələr yata bilmirik | Sumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yaşayan sakinlər avtomobillərin sürətlə hərəkət etməsindən narazıdırlar.
Onlar iddia edirlər ki, yaşadıqları ərazidə sürət həddi saatda 60 kilometr müəyyən edilsə də, sürücülər buna əməl etmirlər. Bu da qəzaları qaçılmaz edir.
“Hər gün burada hadisə olur. Yollardan keçmək olmur. Uşaqları maşın vurur, məktəbə gedə bilmirlər. Maşınlar sürətlə gəlir, camaatın balasını qırırlar”, – sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə inspektoru Şövqi İsmayılov bildirib ki, sözügedən ərazidə radar və sürət nişanlarının hamısı mövcuddur. 3 patrul maşını da daim orada xidmət aparır. Sürət həddini aşan nəqliyyat vasitələrinə qarşı tədbirlər görülür. Daimi radarların quraşdırılması üçün isə təkliflər verilib. Qısa müddətdə məsələ öz həllini tapacaq.
#Sumqayıt teqi istifadə olunub
- Boru partladı, küçəni su basdı | Təmir-bərpa işləri nə vaxt başa çatacaq? - Baku TV
- Sumqayıtda küləyin aşırdığı elektrik dirəyi sakinləri işıqsız qoydu - Baku TV
- “Yalandır, böhtandır!” | Çörək zavodu ilə bağlı qalmaqallı iddia | “İçinə qatırlar ki...” - Baku TV
- Sumqayıtdakı zavodla bağlı qalmaqallı iddia | Çörəyin içindən nə çıxdı? - Baku TV CANLI
- Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV
