Pleyeri seçin:
"Adını şəhər qoyublar, kəndə layiq deyil" | Xırdalanda xaotik vəziyyətin səbəbi nədir? - Baku TV
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal” restoran vətəndaşların hərəkətini çətinləşdirib.
Bundan əlavə, obyektin qarşısında saxlanılan avtomobillər də vətəndaşların gediş-gəlişinə mane olur. Nəticədə, sakinlər məcbur olub yolun hərəkət hissəsinə çıxırlar. Xırdalanda problem təkcə bununla bitmir.
Şəhərin mərkəzi küçələri sakinlər üçün artıq dözülməz hala gəlib. Buradakı çoxmərtəbəli binalar və bu binaların altında fəaliyyət göstərən ictimai obyektlər vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə, Heydər Əliyev prospektindəki mərkəzi küçədə uzun tıxaclar müşahidə edilir.
Sakinlər aidiyyəti qurumlardan problemin həlli istiqamətində müvafiq tədbirlər görmələrini tələb edirlər.
Kopyalandı
#Xırdalan teqi istifadə olunub
- "31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
