"Baksol yolu"nda yenidən təhlükə | Faciəvi hadisənin olduğu yer niyə bu haldadır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonunda, “Baksol yolu” kimi tanınan ərazidə yenidən çökmə baş verib.
Baku TV-nin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, asfalt örtüyündə yaranan deformasiya sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Çökəklik hazırda kiçik görünsə də, onun genişlənərək daha ağır nəticələrə səbəb ola biləcəyi istisna edilmir.
Qeyd edək ki, ötən il həmin ərazinin yaxınlığında baş verən analoji hadisə faciə ilə nəticələnmişdi. Yer səthinin qəfil çökməsi nəticəsində kanalizasiya kollektoruna düşən 29 yaşlı Cümşüd Cümşüdlü həyatını itirmişdi.
Hadisədən sonra aidiyyəti qurumlar çökmənin səbəbi kimi yolun altından keçən köhnə kommunikasiya xətlərini, kollektorun vəziyyətini və mühafizə zonasındakı problemləri göstərmişdilər. Lakin aradan bir il keçməsinə baxmayaraq, ərazidə problemin tam həll olunmadığı görünür.
Hər gün yüzlərlə avtomobilin və çoxsaylı piyadanın istifadə etdiyi yolda yaranan yeni çökəklik təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
#Binəqədi teqi istifadə olunub
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
