Pleyeri seçin:

"Bəs indi nə ilə dolanaq?!" | Sakinlərin problemi həll ediləcək? - Baku TV

14 may 2026 446 baxış

Şəmkir şəhəri Şota Rustavelli küçəsində yaşayan sakinlər ərazidə 50-dən çox evə xidmət göstərən artezianın fəaliyyətinin iki aya yaxındır ki, dayandırıldığından şikayət edirlər.

Onların sözlərinə görə, artezianın fəaliyyəti əraziyə içməli suyun çəkilişi ilə əlaqədar dayandırılıb. Ancaq verilən su təsərrüfatda istifadə üçün qiymət baxımından münasib, keyfiyyət baxımından yararlı deyil.

“Nə ağacımızı, nə də əkinimizi suvara bilirik. 12 sot ərazi susuzluqdan yanır”, – deyə sakin Vilayət Quliyev şikayətini dilə gətirib.

Məsələ ilə bağlı ADSEA-nın Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, Şəmkir şəhərinin Poanlı, Qaryağdı və Morul yaşayış məntəqələrində əvvəllər mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmadığından əhalinin su təminatı subartezian quyuları vasitəsilə həyata keçirilib:

“Hazırda həmin ərazilərin “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə daimi və keyfiyyətli içməli su ilə təmin olunması ilə əlaqədar elektrik enerjisinə qənaət məqsədilə subartezian quyularının fəaliyyəti müvəqqəti dayandırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq həftədə altı dəfə, gündə üç saat olmaqla artezian quyularının fəaliyyəti bərpa edilib”.

Qurumdan o da bildirilib ki, qeyd olunan subartezian quyularından əsasən suvarma məqsədilə istifadə nəzərdə tutulsa da, bəzi abonentlər tərəfindən həmin quyulardan içməli su məqsədilə istifadə olunur və yaranmış debitor borclar uzun müddətdir ödənilmir. Lakin yay aylarında su təminatında çətinlik yarandığı təqdirdə subartezian quyularının yenidən su şəbəkəsinə qoşularaq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Kopyalandı
TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
İlin sonunadək gözlənilən proqnozlar

İlin sonunadək gözlənilən proqnozlar

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 446 baxış
Seçilmişlər
icon