"Can veririk, bizə kömək edin!" | Bu kənddə qalan sakinlər fəryad edir - Baku TV
Şəki rayonunun Aşağı Şabalıd kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək kənddəki qazsızlıq problemindən şikayətləniblər.
Bildirilib ki, 500-dən çox sakinin yaşadığı bu yaşayış məntəqəsində indiyədək mavi yanacaq olmayıb.
Sakinlərin sözlərinə görə, odun tədarük etmək həm fiziki, həm də maddi baxımdan böyük çətinliklər yaradır. Belə ki, qış mövsümünü başa vurmaq üçün hər ailə orta hesabla 1500-2000 manat civarında vəsait xərcləməli olur.
“Odun daşımaqdan yorulmuşuq, hisin-pasın içində can veririk. İki oğlum qaz və yol olmadığına görə kəndi tərk edib”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib: “Qış aylarında odun üçün təxminən 1500-2000 manat civarında xərcim çıxır. Bundan əlavə, hər ay qaz balonunu doldurmaq üçün 27-30 manat ödəyirəm. Çox acınacaqlı vəziyyətdəyik”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən qeyd olunub ki, qazlaşma proqramı qurumun daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir:
“Şəki rayonunun Aşağı Şabalıd kəndində küçə qaz xətlərinin çəkilişi işlərinə maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər”.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
