"Ermənilər anbarın işığını kəsib azərbaycanlını tutdurdular" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd sakini Nazirə Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub.
N.Dəmirçiyeva qaçqınlıq dövrünün çətinliklərindən danışıb, əvvəlcə Yevlax rayonunun Şilyan kəndində, sonra isə Oğuz rayonunda məskunlaşdıqlarını, Vətən həsrətinin onun üçün çox ağır olduğunu bildirib.
Həyat hekayəsinin həm maraqlı, həm də kədərli olduğunu vurğulayan N.Dəmirçiyeva Qərbi Azərbaycandan köçən zaman böyük zərbə aldığını söyləyib:
“Kəndimə ürəklə, qaça-qaça gedərəm. Orada mənim əzizlərim var, getsəm, sanki yenidən doğulmuş kimi həyatımı yaşayaram. Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq. Biz yenidən həmin yerlərimizə qayıdıb orada yaşayacağıq. Biz orada doğulmuşuq, yaşamışıq, amma bizə çox böyük haqsızlıq edilib. Orada erməni o qədər olmayıb. Sonradan haradansa gəlib çoxalıblar. Bizim kəndin təbiəti, havası, suyu gözəl olduğu üçün Vətənə qayıdacağıq. Ora bizim dədə-baba yurdumuzdur, yaşayış yerimizdir. Həyatımızın ən gözəl günlərini orada yaşamışıq. Ona görə də biz qayıdacağıq”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları
- Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi
- Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?
- Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd
- Bir vaxtlar yüzlərlə azərbaycanlının yaşadığı Oxçuoğlunun izlərini necə yox etdilər?
