Pleyeri seçin:

"Evə çıxırıq, yenə cərimə gəlir" | Parklanma yeri yoxdursa, nə etməli? - Baku TV

23 mart 2026 468 baxış

Binəqədi rayonu, Dağlıq küçəsi 22 və ona paralel olan Eldar Babayev küçəsinin sakinləri parklanma ilə bağlı ciddi çətinlik yaşayırlar. Sakinlərin bildirdiyinə görə, əvvəllər avtomobillərini yaşadıqları binaların qarşısında maneəsiz saxlaya bilsələr də, son bir aydır qanunsuz parklanma səbəbindən mütəmadi olaraq cərimələnirlər.

Vətəndaşlar onlara hər dəfə 60 manat cərimə və 2 cərimə balı tətbiq edildiyini vurğulayırlar.

“Hər səhər oyanıb telefona baxanda yeni cərimələrin gəldiyini görürük. Yol polisi əməkdaşları demək olar ki, hər gecə gəlib protokol yazırlar. Hətta avtomobili gözdən uzaq yerdə saxlasaq belə, yenə də cərimə tətbiq olunur”, – sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib: “Maşını saxlayıb rahat şəkildə evimizə qalxa bilmirik. Son 20 gün ərzində mənə 3 dəfə cərimə gəlib, amma ərazidə qanuni parklanma yeri yoxdur. Avtomobili məcbur qalıb tinlərdə, künc-bucaqda gizlətməyə çalışırıq, lakin yenə də cərimə yazırlar”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, parklanma yerləri təşkil edilərkən mövcud yol infrastrukturu və piyada təhlükəsizliyi əsas götürülür:

“Sözügedən ərazidə aparılan təhlillər nəticəsində yol şəraitinin əlverişsiz olduğu müəyyən edilib. Bu səbəbdən həmin ünvanda ödənişli parklanma məntəqəsinin təşkili hazırda mümkün deyil. Gələcəkdə yol infrastrukturu təkmilləşdirilərsə, bu məsələyə yenidən baxıla bilər”.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin səkidə dayandırılması qadağandır. Qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq olunur.

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 468 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 468 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 468 baxış
“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 468 baxış
Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 468 baxış
FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 468 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 468 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 468 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Cəmiyyət
29 sentyabr 2026 468 baxış
Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 468 baxış
Seçilmişlər
icon