"Gəlib qurdalanırlar, gedirlər" | Doğum evi niyə xarabalığa dönüb? - "Haraya getsinlər?!" - Baku TV
Paytaxtın Bayıl qəsəbəsində yerləşən 5 nömrəli Kliniki Doğum Evinin binası artıq bir neçə ildir ki, fəaliyyət göstərmir. Təmir məqsədilə bağlanan tibb müəssisəsində ilk vaxtlar söküntü işləri aparılsa da, sonradan proses dayanıb.
Baku TV məsələni araşdırmaq üçün sözügedən ünvanda olub.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəsəbədə yeganə doğum evi olan bu tibb müəssisəsinin uzun müddətdir bağlı qalması əhali üçün ciddi narahatlıq yaradır.
“Qəsəbədə bir dənə doğum evi var. Uzun illər fəaliyyət göstərən tibb müəssisəsi beş ilə yaxındır işləmir. Bir müddət işləyirlər, sonra yenə dayanırlar. Təmir nə vaxt bitəcək, bilmirik. Camaat hara getsin?”, – deyə sakin bildirib.
Hazırda bina baxımsız vəziyyətdədir və xarabalığı xatırladır. Qeyd edək ki, bir müddət əvvəl burada yanğın hadisəsi də baş verib.
“Biabırçılıqdır. Binanın yanından keçmək olmur, iy gəlir, baş çatlayır”, – deyə sakin əlavə edib.
#Təmir işləri teqi istifadə olunub
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- 8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI
- Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV
- Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq?
- Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır
