"Kluba, məscidə gedən var, dayanmaq olmur" | Sakinləri canından bezdirən mənzərə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək vağzal ərazisindəki antisanitar vəziyyətin işıqlandırılmasını istəyiblər.
Sakinlərin sözlərinə görə, dəmir yolu stansiyasının ərazisində illərdir acınacaqlı vəziyyət hökm sürür.
“Buradan keçmək olmur. Ətrafdan kəskin iy gəlir. Hər yeri tualetə çeviriblər, tualetin qarşısı isə zibillikdir. Hətta ölü heyvanları da gətirib buraya atırlar”, – sakinlərdən biri bildirib.
“Dəliməmmədliyə şəhər statusu verilib, amma ərazi natəmizlik içindədir. Burada it və pişik cəsədləri var. Bu yoldan bağçaya, kluba, məscidə gedirlər. İydən dayanmaq olmur. İllərdir belədir, baxan da, təmizləyən də yoxdur”, – başqa bir sakin deyib.
Dəliməmmədli şəhər icra nümayəndəliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və tullantılar qısa müddətdə təmizlənəcək.
#Goranboy teqi istifadə olunub
- Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV
- Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
