Pleyeri seçin:

"Konum" söhbəti olmayanda yaxşı idi" | Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - Baku TV

30 mart 2026 457 baxış

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Konum” söhbəti təzə çıxıb. Əvvəllər hara lazım idisə, oraya aparırdıq”, – sakinlərdən biri bildirib.

“Burada taksini sifariş edirsən, aparır başqa məhəlləyə”, – başqa bir sakin deyib.

Mütəxəssislər bildirirlər ki, bunun bir neçə səbəbi var. Onlardan biri xəritə bazalarının tam yenilənməməsidir.

İKT mütəxəssisi Asim Namazovun sözlərinə görə, eyni ünvan müxtəlif formatlarda – qısaldılmış şəkildə, fərqli dillərdə və ya müxtəlif yazılış formalarında daxil edilir. “Bu fərqlər insanlar tərəfindən aydın başa düşülür. Lakin sistemlər bəzən bu müxtəlif adları və yazılış formatlarını eyni obyekt kimi tanımır.

Üstəlik, bu gün istifadə etdiyimiz müxtəlif xəritələnmə platformaları məlumatları təkcə rəsmi qurumlardan deyil, həm də istifadəçilərdən toplayır. Bu isə məlumatların daha tez yenilənməsinə imkan yaradır. Amma eyni zamanda səhv və ya natamam məlumatların daxil edilməsi riskini də artırır.

Texniki amillər də bu prosesə ciddi təsir edir. Xüsusilə hündür binaların sıx olduğu ərazilərdə GPS siqnalı zəifləyə bilər və istifadəçinin real mövqeyi xəritədə bir qədər fərqli göstərilə bilər”, – deyə mütəxəssis qeyd edib.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 457 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 457 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 457 baxış
Seçilmişlər
icon