"TikTok"da məşhurlaşan çoban danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Süjetimizin qəhramanı bir çobandır. Lakin çoban deyib keçməyin, çünki “TikTok” sosial şəbəkəsində çəkdiyi videolarla bir xeyli məşhurlaşıb.
Söhbət Babək rayon Naxış-Nərgiz kəndinin sakini Nurani Nəcəfovdan gedir. Ölkənin ən məşhur çobanı gündəmə düşən videoları necə çəkməyə başladığını Baku TV ilə bölüşüb.
O, “TikTok” hesabını bacısı oğlunun təklifi ilə açdığını və əsas məqsədinin əyləncə və təsərrüfatını reklam etmək olduğunu qeyd edib.
Heyvanlarla dostluğunu sosial şəbəkəyə daşıyan Nurani Nəcəfov bütün mesajlarını da elə onlarla çəkdiyi videolar vasitəsilə göndərir. Məşhur çoban otardığı qoyunların onu yaxşı anladığını vurğulayıb.
Naxçıvanın dillər əzbəri çobanı bundan sonra da “TikTok”da yeni videolar çəkməyə davam edəcəyini bildirir.
#TikTok teqi istifadə olunub
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- “Milli təhlükəsizlik riskləri tamamilə aradan qalxıb” | ABŞ Ədliyyə Nazirliyinin məlumatı
- Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı
- "TikTok"da söyüş söyən musiqiçi həbs olundu - 24 SAAT
- "TikTok" ABŞ-də fəaliyyət göstərmək üçün bu razılaşmanı imzaladı
