Pleyeri seçin:

Rövşən Abdullaoğlu Antarktidada nələrlə üzləşdi? - Gedənlər psixoloji problem yaşayır | ARAŞDIRMA

17 dekabr 2024 440 baxış

Baku TV-də Antarktida haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, Antarktidanın kəşfi 1938-ci il dekabrın 17-də “Şvabiya” adlı alman ekspedisiyasının ora səyahəti ilə başlayıb.

Bu ekspedisiya zamanı təxminən 620 min kvadratkilometr ərazini tədqiq etmək mümkün olub. Bu qitəyə səyahət etmək elə də asan deyil. Turist olaraq getmək üçün icazə almaq çox çətin başa gəlir. Lakin Antarktidaya səyahət edən həmyerlilərimiz də var.

Planetin ən soyuq qitəsinə səfərindən danışan yazıçı, filosof Rövşən Abdullaoğlunun sözlərinə görə, oranı həmişə qeyri-adi yer kimi təsəvvür edib:

“Bu qitənin gizli saxlanılması, hər kəsin gedə bilməməsi diqqətimi çəkirdi. Düşünürdüm ki, Antarktidada nə var ki, bu qədər gizli saxlanılır?”.

Diqqətə çatdırılıb ki, bu yaxınlarda Müqəddəs Georq adasında maraqlı görüntü ortaya çıxıb. Deyilənə görə, “Google Earth” proqramını açıb bu adanı axtararkən nəhəng mağaranın şəkli görünür.

Maraqlıdır ki, bu sirli tapıntı vaxtaşırı yoxa çıxır. O, ilk dəfə 2007-ci ildə “Google” xəritəsində öz əksini tapıb. Bu nəhəng mağara yenidən yox olur və bir neçə ildən sonra təkrar görünür. Bundan sonra o, növbəti dəfə yoxa çıxıb və 2022-ci ildə təkrar peyda olub. Alimlər bunu köhnə qarın əriməsi və yenisinin yağması ilə əlaqələndirirlər.

2004-cü il fevralın 16-da Antarktidada – Bellinshauzendə hündürlüyü 15 metr olan Müqəddəs Üçlük kilsəsi açılıb. Hətta 2016-cı il yanvarın 29-da Moskvanın və bütün Rusiyanın patriarxı Kiril bura səfər edib.

R.Abdullaoğlu bildirib ki, həmin kilsənin iki keşişi var ki, 6 aydan bir növbəli şəkildə fəaliyyət göstərirlər.

“İnsan orada Allaha daha yaxın olur. Çünki vətənindən, maddi nemətlərdən uzaqsan, buna görə də psixoloji problemlərin daha çox olur”, – deyə yazıçı əlavə edib.

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 440 baxış
Seçilmişlər
icon