Pleyeri seçin:

Sabiq deputat Nazim Bəydəmirlinin növbəti məhkəməsi keçirildi

28 may 2024 381 baxış

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin ifadələri dinlənilib.

Zərərçəkən Ədalət Bağırov ifadəsi zamanı bildirib ki, o, Nazim Bəydəmirlini hazırda həbsdə olan keçmiş hakim Lətif Nəbiyev vasitəsilə tanıyıb. Əmlak alqı-satqısından N.Bəydəmirlinin ona verməli olduğu 120 min dollara görə münasibətləri pozulub.

Zərərçəkən bildirib ki, Nazim Bəydəmirli ödəməli olduğu məbləği millət vəkili seçildikdən sonra verəcəyinə boyun olsa da, buna əməl etməyib. Ədalət Bağırov pulunu istədikdə isə onu intim videoları ilə şantaj edəcəyini deyib və əlavə 50 min manat tələb edib.

Təqsirləndirilən sabiq deputatın vəkili Aqil Layıcın zərərçəkənə “sizin intim videolarınız var idi bəyəm?” sualına cavab olaraq Ədalət Bağırov vurğulayıb ki, Nazim Bəydəmirli ona iki kişinin intim görüntülərini göstərib və “elə edərəm ki, o kişilərdən birinin başı sənin başın olar” deyib. Buna görə də o, məcburən Nazim Bəydəmirlinin tələb etdiyi 50 min manatdan 10 min manatını verib. Bundan sonra isə zərərçəkən polisə şikayət edib.

Digər zərərçəkən Mürsəl İbrahimov Nazim Bəydəmirli ilə 1995-ci ildə Rusiyada tanış olduğunu deyib. Bununla da onların biznes ortaqlığı başlayıb. Bu ortaqlıqdan da müxtəlif vaxtlarda müəyyən maliyyə mübahisələri yaranıb.

Zərərçəkən bildirib ki, sabiq deputatın yaxın qohumu Rusiyada yaşadıqları ərazidə polis rəisi vəzifəsində çalışdığından şikayət edə bilməyib. O, Azərbaycana geri döndükdən sonra isə bu barədə polisə məlumat verib.

Nazim Bəydəmirli öz növbəsində zərərçəkənlərin ittihamlarını rədd edərək ona qarşı səslənən bütün ittihamların iftira olduğunu vurğulayıb.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 381 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 381 baxış
Seçilmişlər
icon