Pleyeri seçin:

Sarkisyanın Şuşa əməliyyatı barədə etirafı Bakıdakı məhkəmədə nümayiş etdirildi

29 aprel 2025 575 baxış

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ‒ Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib.

Əvvəlcə Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub.

Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə olub.

Vurğulanıb ki, Şuşanın işğalına dair plana Ermənistanın birinci müdafiə naziri Vazgen Sarkisyan razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb.

Həmçinin qeyd edilib ki, əslində əməliyyat aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu, təxirə salınıb.

Ardınca Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı qeydlərinin yer aldığı videomaterial təqdim edilib.

S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirərək deyib ki, orada Robert Köçəryan özü iştirak edirdi.

Məhkəmədə Ermənistan Silahlı Qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın çıxışı yer almış videomaterial da nümayiş olunub. O bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər.

Bundan sonra təqdirləndirilən şəxslərin bəzilərinə nümayiş olunan videomateriallarla bağlı suallar verilib.

Təqsirləndirilən Arkadi Qukasyan Şuşanın işğalı zamanı azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbərsiz olduğunu bildirib. Bundan sonra iclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto nümayiş etdirilib.

Daha sonra təqdirləndirilən şəxs Bako Sahakyan sualları cavablandırıb. O, Vilen Mikaeliyanın rəhbəri olduğu dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu etiraf edib. O, həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kimə atəş açmadığını deyib.

B.Sahakyan Şuşanın işğal olunması əməliyyatına rəhbərliyi Vazgen Sarkisyan, Arkadi Ter-Tadevosyan, Seyran Ohanyan və digərlərinin etdiyini deyib. O həmçinin Arkadi Ter-Tadevosyanın fəaliyyətini yüksək qiymətləndirdiyini, ona qondarma rejimin “qəhrəmanı” adını verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin olunub.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 575 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 575 baxış
Seçilmişlər
icon