Pleyeri seçin:
Səhiyyə nazirinin müavinindən açıqlama | Tibbi tullantılar necə zərərsizləşdiriləcək?
“Azad edilmiş ərazilərdəki xəstəxanalarda tibbi tullantıların zərərsizləşdirilməsi mexanizmi qurulacaq”.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, dünyada tibbi tullantılarla bağlı yeni yanaşma tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsini tələb edir:
“Bunun üçün müəssisələrdə yeni texnologiyalar quraşdırılmalıdır. Bu model tətbiq edilsə, tibbi tullantıların zərərsizləşdirilməsi 8 dəfə daha ucuz başa gələcək. Mexanizmin işğaldan azad edilmiş ərazilərdə qurulacaq xəstəxanalarda tətbiqi nəzərdə tutulur”.
Kopyalandı
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
- Sakinlərin nəzərinə: Azərbaycanda mövcud epidemioloji vəziyyət açıqlandı - Baku TV CANLI
