Pleyeri seçin:

Sənədsiz evlərlə bağlı vacib açıqlama

17 may 2024 710 baxış

Ölkədəki saysız-hesabsız sənədsiz evlərlə bağlı yeni portal yaradılır.

Bununla da vətəndaşların sənədsiz evlərinə Dövlət Reyestrindən çıxarışların alınması prosesi asanlaşacaq.

Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədr müavini Elşad Məmmədov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən, daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə bütün əməliyyatlar elektronlaşdırılacaq:

“Burada önəmli yeniliklərdən biri xüsusilə çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır. Bəzi vətəndaşların şikayətləri ilə qarşılaşırıq – bir mənzilin bir neçə nəfərə satılması, ümumi sahəsinin düzgün hesablanmaması, vətəndaşların maliyyə borcunu tam ödəməsinə baxmayaraq, arayışı əldə etməkdə çətinlik çəkməsi.

Yaradılacaq modulda çoxmənzilli yaşayış binasının tikilməsinə icazə alındığı andan həmin binanın xüsusi imitasiyası portalda yaradılacaq. Hər bir mənzil ancaq portal vasitəsilə elektron qaydada alqı-satqı oluna biləcək. Bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanacaq, başqalarına satılmasına yol verilməyəcək”.

Dövlət rəsmisi onu da bildirib ki, 7 mindən artıq sahibkarın qeyri-yaşayış obyektlərinin sənədləşdirilmə işlərinə başlanılıb. Növbəti mərhələdə isə ölkədə mövcud olan, xüsusilə Sovet İttifaqı dövründə özbaşına inşa edilmiş, sənədləşdirilməsi mümkün olmayan evlərin qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.

Onu da qeyd edək ki, yaradılacaq portalda elektron arxiv modulu olacaq. Bu vasitə ilə vətəndaşlar fin kodlarını yazaraq indiyə qədər verilmiş sənədlərin elektron surətini əldə edə biləcəklər.

Banner
Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 710 baxış
İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 710 baxış
“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 710 baxış
Seçilmişlər
icon