Pleyeri seçin:

Sevdiyi qızı 18 bıçaq zərbəsi ilə qətlə yetirən oğlan | Bakıda tükürpərdən cinayət

13 fevral 2025 320 baxış

20 aprel 2024-cü ildə Xətai rayonu ərazisində Xudu Məmmədov küçəsindəki 13 nömrəli evin qarşısında qətl baş verib. Hadisə yerində qan ləkələri və cinayətin aləti olan bıçaq aşkar edilib.

Səhər saat 7 radələrində 22 yaşlı Elnarə Cabbarovanın öldürülməsi barədə 36-cı Polis Bölməsinə məlumat daxil olub. Cinayəti törədən Xaçmaz rayon sakini 21 yaşlı Səbuhi Qurbətov hadisədən sonra bıçaqla özünə xəsarət yetirərək, xəstəxanaya yerləşdirilib.

Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 10 gün sonra rayon məhkəməsinin qərarı ilə Səbuhi Qurbətov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Səbuhi Qurbətov Elnarə Cabbarova ilə əvvəllər sevgi münasibətlərində olub. O, barışıq məqsədilə aprelin 20-də Xudu Məmmədov küçəsindəki 13 saylı binanın qarşısına gəlib. Elnarə Cabbarova onunla barışmayacağını bildirdikdə, üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaqla qadının döş qəfəsinə və digər nahiyələrinə ümumilikdə 18 dəfə zərbə endirib. Onun əməlinin qarşısını almağa çalışan Qızqayıt Məmmədlinin sağ qoluna bir dəfə zərbə vuraraq, sonuncunu yaralayıb.

Məhkəmə iclasında Səbuhi Qurbətov ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, Nərimanov rayonunda yerləşən pub-restoranda icarə əsasında işləyən zaman ofisiant işi axtaran Elnarə ona müraciət edib. Qadın işləməyə başlayandan bir müddət sonra aralarında sevgi münasibəti yaranıb, birlikdə yaşamağa qərar veriblər. 3-4 aydan sonra Elnarə başqa “pub”da işləməyə başlayıb, onunla mübahisə edərək, ayrılıblar. Aprelin 20-si saat 5-də Elnarəni görmək üçün iş yerinin qarşına gedib. Barışmaq istədiyini söyləyəndə, Elnarə nalayiq ifadələr işlədib. Buna görə də əsəbiləşərək bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə xatırlamadığı sayda zərbələr endirib.

Zərərçəkmiş Qızqayıt Məmmədli ifadəsində göstərib ki, Səbuhi Qudrətovun Elnarə Cabbarovanın onun ünvanına nalayiq ifadələr işlətməsi haqda dedikləri yalandır.

Prokuror Səbuhi Qurbətova 19 il 6 ay cəza təyin edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Şəfiqə Cabbarova və zərərçəkmiş Qızqayıt Məmmədli təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər.

Səbuhi Qurbətov məhkəmədən heç bir xahişi olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Qurbətov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Banner
"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 320 baxış
Seçilmişlər
icon