Sürücülərin başına oyun açan vəziyyət | Buradan keçənlər niyə cərimələnir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş sosial şəbəkələrdə Yasamal rayonu ərazisində yerləşən parklanma məntəqəsindən şikayət edib.
Onun sözlərinə görə, avtomobilini park etmək istəsə də, parklanma xidmətini aktivləşdirə bilmədiyi üçün cərimələnib. Buna səbəb isə xidmətin aktivləşdirilməsi üçün tələb olunan kodun görünməməsidir.
Şikayət edilən ərazi Şəfayət Mehdiyev küçəsində yerləşir. Problemin əsas səbəbi həmin ərazidə tikinti aparan şirkətin parklanma nişanının yerləşdiyi hissəni hasara almasıdır. Nəticədə, nişan və üzərindəki kod hasarın arxasında qaldığından sürücülər məlumatı görə bilmir, parklanma xidmətini aktivləşdirə bilmədikləri üçün isə cərimə olunurlar.
Məsələ ilə bağlı tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi Ülvi Rəsulov bildirib:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “141” çağrı mərkəzi ilə dəfələrlə əlaqə saxlamışam. Bəlkə də, 10-15 dəfə müraciət etmişik ki, gəlib bu problemi aradan qaldırsınlar. Hətta təklif etmişəm ki, bizə icazə versinlər, parklanma nişanını söküb yol tərəfə yerləşdirək ki, insanlar rahat görə bilsinlər. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç kim tədbir görmür”.
#Yasamal teqi istifadə olunub
- Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
