Pleyeri seçin:
Şuşada aşkarlanan insan sümükləri ilə bağlı ekspertiza aparılacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.
Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.
Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında bildirib ki, tapılan insan qalıqlarının bazilərinin baş və bədən hissələri fərqli yerlərdə basdırılıb.
Şöbə rəisi onu da qeyd edib ki, meyit qalıqlarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza aparılacaq.
Kopyalandı
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
