Şuşalılar böyük köç ərəfəsində | Qürur dolu anlar
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır.
Qədim mədəniyyət beşiyimiz olan Şuşa öz sakinlərini qarşılamağa tam hazırdır və artıq uzun illərin Vətən həsrətinə son qoyulur.
Şuşa sakinləri öz ata-baba yurdlarında əbədi və əzəli olaraq məskunlaşacaqlar. Onlardan biri də Mürsəlovlar ailəsidir.
Baku TV-nin əməkdaşı Mürsəlovlar ailəsinin qonağı olub.
Şuşa sakini Zakir Mürsəlov doğma torpaqlarına qayıtdığına görə sevinc hissi keçirdiyini bildirib:
“Şuşaya sevinc hissi ilə qayıdırıq. Şuşalıların hansı şəraitdə məskunlaşmasından asılı olmayaraq həmin evdə həmişə Şuşa ab-havası duyulub. Allah şəhidlərimizə rəhmət etsin, Prezidentimizə, qazilərimizə cansağlığı versin. Onların sayəsində uzun müddət gözlədiyimiz ağrılı günlərin sonunu yaşadıq. Artıq öz yurd-yuvamıza qayıdırıq, bundan da gözəl arzu yoxdur”.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
