Cəmiyyət
Pleyeri seçin:
Şuşalılar evlərinə qovuşdu | Hazırda Qarabağ və Şərqi Zəngəzurda neçə nəfər yaşayır?
Dekabrın 23-də yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşada Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Bu mərhələdə Şuşa şəhərinə 51 ailə, yəni 208 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 minə yaxın insan yaşayır.
Kopyalandı
Seçilmişlər