Pleyeri seçin:

Taksi və avtobus problemləri necə həll olacaq? - Şirkətlər tədbir gördü

21 iyun 2024 655 baxış

İyulun 1-dən taksilərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi ilə əlaqədar taksi şirkətləri indidən tədbirlər görməyə başlayıblar.

Buna görə də təklif kəskin azalıb, tələb isə artıb. Bu, həm qiymətləri qaldırıb, eyni zamanda taksilər də qəhətə çıxıb – sifariş verənlər uzun müddət gözləməyə məcbur olur.

Taksilərlə bağlı bu problem ictimai nəqliyyata axını artırsa da, burada da problem özünü göstərir. Belə ki, bəzi marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qalxır və səhər saatlarında ciddi narahatlıq yaranır. Xüsusən işə tələsənlər üçün bu, əhəmiyyətli problemə çevrilir.

Hazırda yay aylarıdır, ali və orta məktəblərdə tədris dayanıb, həmçinin məzuniyyət dövrüdür, işçilərin də sayı azalıb. Bu vəziyyətin məktəblər açılanda və insanlar məzuniyyətdən qayıdanda hansı sıxlığa və gərginliyə səbəb olacağını təsəvvür etmək çətin deyil.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov “Axar.az”a açıqlamasında bildirib ki, narazılıq edilən 3, 33 və digər marşrut avtobuslarının bu qədər gecikmələrinin səbəbi günün pik saatlarında, yəni səhər və axşam avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığıdır:

“Sıxlıq avtobusların hərəkətinə maneə yaradaraq intervalların artmasına səbəb olur. Məsələn, 3 nömrəli müntəzəm marşrutda sərnişin tələbatına uyğun olaraq 22 avtobus 5-6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Paytaxtın bəzi küçələrində aparılan təmir işləri və nəqliyyat vasitələrinin hərəkətinin həmin küçələrdə məhdudlaşdırılması səbəbindən 3 nömrəli avtobusun da cədvəl üzrə nizamlı fəaliyyətində pozuntular, hərəkət intervalında gecikmələr müşahidə edilir”.

Maraqlıdır, yayda nəqliyyata daha az ehtiyac duyulan zaman sıxlıq səbəbindən gecikən marşrutlar payızda hansı intervalla işləyə biləcəklər?

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 655 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 655 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 655 baxış
Seçilmişlər
icon