Pleyeri seçin:

Tbilisidə Aşıq Kamandarın 90 illik yubileyi

30 dekabr 2022 435 baxış

Gürcüstanda XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq məktəbinin yetirməsi olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aşıq Kamandarın həyat və yaradıcılıq yolundan söhbət açılıb.

Belə ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus, bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Tədbir zamanı böyük ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliev çıxış edərək onun yaradıcılığında vətənə, xalqa, millətə sevginin əsas süjet xəttini təşkil etdiyini vurğulayıb. Türkiyə səfirliyinin məsul əməkdaşı Onur Sevim, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və başqaları da çıxış edərək aşıq Kamandar yaradıcılığından söz açıb, fikirlərini bölüşüblər.

Həmçinin bəzi iştirakçılar yeni təsis edilən “Aşıq Kamandar” medalı ilə təltif ediliblər. Tədbir Borçalı aşıq məktəbinin yetirmələrinin, eləcə də gənc aşıqların ifaları ilə başa çatıb.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 435 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 435 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 435 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 435 baxış
Seçilmişlər
icon