Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - Baku TV
Gürcüstanın paytaxtı Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Unutmadıq, Unutdurmarıq" adlı anım sərgisi təşkil olunub.
Sərgidə 1992-ci ilin fevralında baş verən faciə zamanı çəkilən real fotoşəkillər nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri, SOCAR-ın dəstəyi ilə təhsil alan tələbələr, Gürcüstanda yaşayan azərbaycanlı icmasının üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktor müavini Leyla Əliyeva Xocalı faciəsi barədə ətraflı məlumat verib. Sonra səfirliyin məsul əməkdaşı Sənan Baxşıyev çıxış edərək faciənin dünyada tanıdılması istiqamətində görülən işlər barədə danışıb.
Çıxışlarda vurğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilən ağır cinayətdir.
Sonda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
#Gürcüstan teqi istifadə olunub
- İrakli Kupradze: Gürcüstan sanksiyalardan yayınmaqda Rusiyaya kömək edir
- Papuaşvilidən Zelenskiyə sərt sözlər - ANA XƏBƏR
- Gürcüstan Prezidentindən ölkəsinin gələcəyi ilə bağlı açıqlama
- Türkiyə regionda sülhün tərəfdarıdır
- Gürcü politoloqlar Azərbaycan-Gürcüstan münasibətlərindən danışdılar - Baku TV
