Tovuzlu fermerlər xarab olan soğanlardan gileyləndi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzun Aşağı Mülkülü kəndində tonlarla soğan fermerlərin həyətində xarab olur.
Kənd sakinləri məhsulu satışa çıxara bilmədiklərini, bazarlara çıxışın məhdud olduğunu bildirirlər.
Onların sözlərinə görə, əvvəlki illərdə, xüsusilə məhsul Rusiyaya ixrac olunanda qazanc əldə etmək mümkün idi, lakin bu il vəziyyət tamamilə fərqlidir.
“30 ildir soğan əkirik. Hər il məhsul yaxşı olurdu. Amma bu il satış yoxdur, bazara çıxışımız yoxdur. Əvvəllər Rusiyaya göndərirdik, yaxşı gəlir götürürdük. Bu il isə 2500-3000 manat xərcim çıxıb. Fəhlə tutmamışam, bütün işi özüm görmüşəm. İndi məhsul həyətimizdə qalıb. Hətta bir maşın soğanı çölə tökməyə məcbur oldum”, – deyə fermerlərdən biri bildirib.
“Nə var idisə, hamısı məhv oldu. Kifayət qədər məhsul var, amma hamısı xarab olub gedir”, – başqa bir sakin qeyd edib.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
