Turistlər avtobuslara buradan minib-düşə biləcək | RİNN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkəti məhdudlaşdırılıb.
Meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb. Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Qeyd edilib ki, ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
#İçərişəhər teqi istifadə olunub
- Bakı küçələrində təşkil edilən "Kəlağayı" yürüşü davam edir - Baku TV
- Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV
- İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN
- Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV
- İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV
